26 İyul, 2012
2 kişini və 2 qadını gün vurdu

32 yaşlı qadının vəziyyəti ağır olub

Ötən gün Bakı şəhərində 4 nəfəri gün vurub. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın Simsar.az-a verdiyi məlumata görə, gün vurma ilə bağlı həkimə 2 qadın, 2 kişi müraciət edib.

Belə ki, 36 və 39 yaşlı kişiləri, eləcə də 32 və 18 yaşlı qadınlar gün vurma ilə əlaqədar həkimə müraciət ediblər. Lakin 32 yaşlı qadının vəziyyəti ağır olduğundan və dərisi günəş şüalarından yandığından onu xəstəxanaya yerləşdirib. Digər xəstələrə isə ilkin tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!