26 İyul, 2012
HİV virusuna qarşı mübarizə üsulu tapıldı

Sınaqdan keçirilən HİV virusu daşıyıcılarından 8-də bu virusa tamamilə qalib gəlmək mümkün olub

Amerika alimləri HİV virusu ilə mübarizə üsulunu tapdıqlarını iddia edirlər. Mütəxəssislərin sözlərinə görə, onlar QİÇS-ə yoluxmaya gətirib çıxaran HİV virusu əleyhinə dərman hazırlanmasında ilk addımı atıblar.

HİV virusunun uzun illər gizli qala bilməsi onu çətin müalicə olunan edir. Amerika alimləri də məhz xərçəngə qarşı dərmandan istifadə edərək, HİV virusunu süni şəkildə gizli və yatmış vəziyyətdən çıxarmağa nail olublar. Aktivləşdirilmiş virusu isə adi virusların inkişafını ləngidən ənənəvi dərmanlarla müalicə etməyə çalışıblar. Nəticədə sınaqdan keçirilən HİV virusu daşıyıcılarından 8-də bu virusa tamamilə qalib gəlmək mümkün olub. Lakin Amerika alimlərinin lazımi dərmanı hazırlaması üçün bir neçə il tədqiqat aparılmalıdır.

Qeyd edək ki, hazırda dünyada 30 milyondan çox HİV virusu daşıyıcısı var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!