26 İyul, 2012
Filarmoniyada Ramazan konserti

Təşəbbüs Qənirə Paşayeva və Umıd Mirzəyev tərəfindən gəlib 

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və Umıd Mirzəyevin rəhbərlik etdiyi Avrasya Mətbuat Fondu İctimai Birliyi 11 ayın sultanı olan Ramazan ayında Dövlət Filormoniyasında Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi nəticəsində məcburi köşkün düşmüş ailələrimizin nümayəndələri, şəhid ailələri, Milli Qəhrəman ailələri və müharibə veteranları (onların ailələri) üçün tədbir və konsert proqram hazırlayıb.

Bu proqramla əlaqədar Türkiyənin sənətçisi Nursaç Doğanişıq sabah Azərbaycana gələcək və Azərbaycanda ilk dəfə konsert verəcək.

”Qarabağdan Anadoluya könül körpüsü” adlanan xeyriyyə tədbiri çərçivəsində Türkiyəli sənətçisi Nursaç Doğanişıq və qonaq qismində bir neçə əsərlə çıxış edəcək Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva əsasən Ramazan ayının daşıdığı ülvi duyğulara, Vətənə, millətə, Türk Dünyasına, sevgiyə, ilahi sevgiyə aid mahnılara üstünlük verəcəklər. Konsert prorqamı M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında iyul ayının 27-də gerçəkləşdiriləcək. Proqram saat 19.00-da başlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!