26 İyul, 2012
Müəllimlərin işə qəbulu üzrə növbəti imtahanın nəticələri açıqlanıb

Bu gün namizədlər coğrafiya fənni üzrə imtahan verib

Bu gün Azərbaycanda ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş imtahanların nəticələri açıqlanıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, imtahanın nəticələrinə əsasən, 4 nəfər rus dili və ədəbiyyatı, 14 nəfər rus dili, 11 nəfər alman dili, 10 nəfər fransız dili, 14 nəfər musiqi, 40 nəfər əmək hazırlığı, 11 nəfər təsviri incəsənət və rəsmxət fənləri üzrə müəllim vəzifəsinə qəbul olunub.

Bu gün isə namizədlər coğrafiya fənni üzrə imtahan veriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!