24 İyul, 2012
Bakının mərkəzinin 3D planı hazırdır

Layihənin smeta dəyəri 395 min manatdır

Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşma layihəsinin rəqəmsal informasiya bazasını (GİZ) və 3D modelinin hazırlanması üzrə işləri başa çatdırıb. Simsar.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bir gün əvvəl yaydığı məlumatda deyilir.

"Bakıdövlətlayihə" institutu ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında bağlanmış müvafiq müqavilə əsasında layihənin smeta dəyəri 395 min manatdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!