19 İyul, 2012
Uşaqların sevimli ölkələri - Azərbaycan 87-cidi

"Save The Children 2012-ci il üzrə Uşaq İnkişafı İndeksi haqqında hesabat yayıb

“Uşaqları qoruyun” təşkilatı (“Save The Children”) 2012-ci il üzrə Uşaq İnkişafı İndeksi haqqında hesabat yayıb.

 Simsar.az radiosunun məlumatına görə, hesabatda uşaqlar üçün ən yaxşı və ən pis ölkələrin adları göstərilib. Ümumilikdə 141 ölkənin adı olan siyahıda ölkələrin reytinqi məktəbə gedən uşaqların sayı, uşaqlar arasında ölüm faizi və çəki azlığı göstəriciləri ilə müəyyənləşdirilib.

Uşaqlar üçün ən yaxşı ölkə Yaponiyadır. 2-ci yerdə İspaniya, 3-cü yerdə Kanada gəlir. İlk onluqda sonrakı yerləri İtaliya, Finlandiya, İslandiya, Fransa, Böyük Britaniya, Almaniya və Norveç tutur.

ABŞ 23, Çexiya 28, Rusiya 37, Gürcüstan 43, İran 60, Ermənistan 68-ci yerdədir.

Azərbaycan 141 ölkə arasında 87-ci yeri tutub.

Uşaqlar üçün ən pis ölkə Somalidir (141-ci yer). Keçən il bu ölkədə baş verən ərzaq böhranı nəticəsində on minlərlə uşaq ölüb. Yüz minlərlə uşaq isə evindən didərgin düşüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!