19 İyul, 2012
Sabah imtahan günüdür

I ixtisas üzrə imtahan verənlər güclərini sınayacaqlar

Sabah ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək. Bu barədə Simsar.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. 

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

Qeyd edək ki, cari ildə ilk qəbul imtahanı iyulun 14-də III ixtisas qrupu üzrə keçirilib. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!