17 İyul, 2012
Mərhum jurnalist Elmar Hüseynovun doğum günü

Yaşasaydı, 45 yaşını qeyd edəcəkdi.

Bu gün mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür. Yaşasaydı, 45 yaşını qeyd edəcəkdi.

1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra “Monitor” jurnalını təsis edib.

Jurnalist 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaq işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.

Xatırladaq ki, jurnalistin ölümündən bir il sonra onun həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

Elmar Hüseynov Bakıda, İkinci Fəxri xiyabanda dəfn olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!