16 İyul, 2012
“Laçın” ticarət mərkəzinin yalanı faş olundu

Burada standartdan kənar qızıl satılır

“Laçın” Ticarət Mərkəzində aparılan dövlət əyar nəzarəti zamanı kütləvi pozuntular aşkar edilib. Maliyyə Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən “Laçın” Ticarət Mərkəzində aparılan reydlər zamanı külli miqdarda keyfiyyətsiz qızıl məmulatları müəyyən edilib.

Belə ki, araşdırmalar zamanı dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, yuksək əyar adı altında aşağı keyfiyyətli zərgərlik məmulatların istehlakçılara təklif edilməsi faktlarının kütləvi xarakter daşıdığı bir daha müəyyən edilib.
Adı çəkilən Ticarət Mərkəzində fəaliyyət göstərən Məmmədov Emil Mahal oğluna məxsus obyektdə aparılan yoxlama zamanı satışda olan bütün məmulatların, yəni 907 ədəd zərgərlik məmulatının dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunub. Alıcılara təklif edilən həmin zərgərlik məmulatlarının 786 ədədi, yəni 87 %-nin əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilibdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti xəbərdarlıq edir: dövlət əyar damğası - zərgərlik məmulatlarının keyfiyyətinə dövlət zəmanətidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!