13 İyul, 2012
9011 şagird attestat ala bilməyib

Ümumilikdə şagirdlərin 23 170 nəfəri də şəhadətnamə ala bilməyib

Azərbaycanda bu il keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən, 9011 şagird attestat, 23170 şagird isə şəhadətnamə ala bilməyib.

 Bunu Simsar.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, tam orta təhsil bazasında (11 illik) keçirilən buraxılış imtahanlarında iştirak edən 82136 şagirddən 73125 nəfəri (89 faiz) attestat alıb. 

Ümumi orta təhsil bazasında (9 illik) keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən isə, imtahanda iştirak edən 116069 şagirddən 92899 nəfəri (80 faiz) şəhadətnamə ala bilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!