11 İyul, 2012
DİN AXCP sədrinin mühafizəçisinin həbsinə aydınlıq gətirib

"Bəhruz Həsənov xuliqanlıq zəminində başqasını söyüb təhqir edib"

Xəbər verildiyi kimi, AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənov həbs edilib. Həbsi Suraxanı Rayon Polis İdarəsinin (RPİ)əməkdaşları həyata keçiriblər. B.Həsənovun RPİ-nin 33-cü polis bölməsində saxlanır. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Yeni Müsavat”a açıqlamasında B.Həsənovun həbs olunduğunu təsdiqlədi: “Bəhruz Həsənov Suraxanı Rayon Polis İdarəsnin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Səbəbsə özünün törətdiyi konkret əməl olub. Bu vətəndaş başqa bir vətəndaşı xuliqanlıq zəminində söyüb təhqir edib. Həmin vətəndaş Nazim Əliyev də polis müraciət edib. Onun şikayəti əsasında Bəhruz Həsənov bölmə əməkdaşları tərəfindən saxlanılıb. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni tədbir görüləcək”. 
E.Zahidov bildirdi ki, mətbuat nümayəndələri bu məsələ ilə maraqlanana kimi bu şəxsin hansısa partiyanın üzvü olması haqda hüquq mühafizə orqanlarında məlumat olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!