11 İyul, 2012
Ali məktəblərə 36 min qəbul yeri ayrılıb

Ötən illə müqayisədə plan yerlərinin sayı təxminən 5000 yer artıb

Ali məktəblərə qəbul üçün 36 min plan yeri ayrılıb

Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul planı təsdiqlənib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Simsar.az-a verilən məlumata görə, artıq qəbul planı Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasında təsdiqlənərək Komissiyaya təqdim edilib. 2012-2013-cü tədris ili üçün ali məktəblərə 36 min plan yeri ayrılıb. Ötən illə müqayisədə plan yerlərinin sayı təxminən 5000 yer artıb. Belə ki, ötən il ali məktəblərə 31419 plan yeri ayrılmışdı.

Bu il özəl ali məktəblərin jurnalistika fakültələrinə qəbul aparılmayacaq. Həmin fakültələr üzrə qəbul planında yer ayrılmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!