11 İyul, 2012
Malyariyaya qarşı istifadə olunan dərmanlar keyfiyyətsizdir

Dünya Səhiyyə Təşkilatının təsdiqlədiyi dərmanların 7%-i keyfiyyət testindən keçə bilməyib 

Kasıb ölkələrdə satılan dərman preparatlarının keyfiyyətsiz olduğu aşkarlanıb. Simsar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Afrikada satılan antibiotiklər və malyariyaya qarşı istifadə olunan dərmanlar keyfiyyətsizdir. İngiltərənin "Research and Reports in Tropical Medicine" jurnalında dərc olunan araşdırmaya görə, Afrikada satılan və Dünya Səhiyyə Təşkilatının təsdiqlədiyi dərmanların 7%-i keyfiyyət testindən keçə bilməyib. Həmçinin bu dərmanların Çində istehsal olunduğu da aşkarlanıb. Araşdırma müəllifləri dərmanların yalnız yarısını qanunauyğun hesab etsə də, keyfiyyətcə aşağı olduğunu bildirib.
Dərmanların keyfiyyət göstəricilərinin aşağı olmasının səbəbi isə pis vəziyyətdə istehsal olunması və ya onların xarab olmasıdır. Dərmanların hələlik əks təsirinin olmadığı bildirlir.
Araşdırma zamanı kasıb və orta səiyyəli ölkələrin dərman depoları və apteklərindən əldə edilən vərəm, malyariya və bakteriyalara qarşı istifadə olunan 2652 dərman yoxlanıb.

Fatimə Kərimli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!