10 İyul, 2012
III qrupun buraxılış vəsiqələri verilir

Abituriyentlər TQDK-nın rəsmi internet saytından "İmtahana buraxılış vərəqi"ni çap edə bilərlər

Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb.

Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, bu gündən III ixtisas qrupunun abituriyentləri TQDK-nın rəsmi internet saytından “İmtahana buraxılış vərəqi”ni çap edə bilərlər.

Qeyd edək ki, ali məktəblərin III ixtisas qrupu üzrə imtahan iyulun 14-də Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə keçiriləcək. İmtahanda 31 mindən çox abituriyentin iştirakı gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!