10 İyul, 2012
ATƏT təmas xəttində monitorinq keçiriləcək

Təşkilat sədrinin şəxsi nümayəndələri Ağdam-Bərdə yolunda olacaq

Sabah ATƏT sədrinin şəxsi nümayəndəsi cəbhə bölgəsındə monitorinq keçirəcək.
Bu barədə Simsar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Monitorinqin Ağdam-Bərdə yolundakı təmas xəttində keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Uilyam Prayor və Xristo Xristov keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi Təşkilat sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Jiri Aberle keçirəcəklər.

Xatirə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!