10 İyul, 2012
Mirşahin kimi "xəstə qoca" adlandırıb?

“Nə vaxtsa xəstə bir qoca mənim barəmdə nəsə deyib” 

“Mən profil yaradanda dostluq təklifi göndərənlərin əksəriyyətini qəbul eləyirdim. Kimsə nəsə deyəndə cavab da yazırdım. Görürsən ki, verilişlər barədə fikirlərini yazırlar, cavab verirsən. Sonra başlayırlar, Əli Həsənov demişkən, ibnə-ibnə suallar verməyə. Nə vaxtsa xəstə bir qoca mənim barəmdə nəsə deyib. Bunu dəfələrlə mənə qarşı çevirib, sorğu-sual eləyirlər. Bir müddət cavab yazırdım, sonra bu hal məni yordu. Profilimi səhifə elədim. Amma yəqin ki, yenə qayıda bilərəm.”

Bunları ANS-in vitse-prezidnti Mirşahin Ağayev lent.az-ın əməkdaşı Günel Mövludun “Səhər yeməyi” layihəsində bildirib. G.Mövlud ondan soruşub ki, nə üçün əvvəl Facebookda profil yaratsanız da, sonradan hesabınızı bağlamısız.

Xatırladaq ki, Mirşahini bezdirən suallar 2005-ci ildə akademik Cəlal Əliyevin parlamentdəki məşhur çıxışı haqda olub. Elə ANS-çinin “nə vaxtsa xəstə bir qoca” deyə söz etdiyi şəxs də Cəlal Əliyevdən başqası deyil.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!