21 İyun, 2012
Azərbaycanda 10 sinaqoq var

Bunu Avropa Yəhudilərinin Bakı dini icmasının rəhbəri Qennadi Zelmanoviç deyib

Azərbaycanda 10 sinaqoq fəaliyyət göstərir.

 Bunu Simsar.az-a Avropa Yəhudilərinin Bakı dini icmasının rəhbəri Qennadi Zelmanoviç deyib.

Q.Zelmanoviç bildirib ki, sinaqoqların 2-si Bakıda, 6-sı Qubada, 2-si isə Oğuzda yerləşir:

“Sinaqoqlar əsasən yəhudilərin çox yaşadıqları ərazilərdə tikilib. Bakıdakı sinaqoqun biri 2003-çü ildə, digəri isə prezidentin göstərişi ilə ötən il tikilib istifadəyə verilib. Azərbaycanda yaşayan yəhudilər sinaqoqda hər gün ibadət etməklə yanaşı, bayramlarını qeyd edir, yas mərasimləri keçirirlər”.

İcma rəhbəri Azərbaycan ərazisində 35 minə yaxın yəhudinin yaşadığını da dedi:

“Onların daha çox yaşadığı yer Quba rayonunun “Qırmızı qəsəbə” deyilən ərazisidir.

“Qırmızı qəsəbə”də 4 min nəfər yəhudi kompakt yaşayır. Bakı, Gəncə, Sumqayıt, Oğuzda da yəhudilər yaşayır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!