30 May, 2012
92178 şagird məzun olacaq

Bu il ümumtəhsil məkətblərini 92178 şagird bitirəcək

2011-2012-ci tədris ilində Azərbaycanın ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 92178 şagird bitirir.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu göstərici ötən il 97653 nəfər olub. Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı isə 2011-ci ildə 442 nəfər olduğu halda, bu il onların sayının 786 nəfər olacağı gözlənilir.

2011-2012-ci tədris ilində Bakı şəhərindəki əyani ümumi təhsil məktəblərinin XI sinfini 24285, IX sinfini isə 33977 şagirdin bitirəcəyi gözlənilir.

2011-2012-ci dərs ilində ölkə üzrə I sinif şagirdlərinin sayı 125807 nəfər olub. Bu göstərici 2010-2011-ci tədris ilində 120420 nəfər təşkil edib. 2012-2013-cü tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 130454 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 99924 tələbə təhsil alır. Onlardan 91652 nəfərini bakalavr, 8272 nəfərini isə magistrantlar təşkil edir.

Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 24795 nəfər tələbə təhsil alır ki, onların da 21779 nəfəri bakalavr, 3016 nəfəri isə magistrantdır.

Özəl ali təhsil müəssisələrində bakalavriatura səviyyəsi üzrə 18689, magistratura səviyyəsində isə 926 nəfər olmaqla, cəmi 19615 tələbə təhsil alır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!