30 May, 2012
Dövlət Yol Polisi İdarəsi “Son Zəng”lə əlaqədar müraciət edib

“Son Zəng” tədbirlərinin keçirilməsi ilə əlaqədar yol polisi gücləndirilmiş iş rejimində çalışacaq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi orta məktəblərdə keçiriləcək “Son Zəng” tədbirləri ilə əlaqədar sakinlərə müraciət edib. İdarənin bölmə rəisi Vaqif Əsədov Simsar.az-a açıqlamasında bildirib ki, mayın 31-də paytaxtda yerləşən orta məktəblərdə keçiriləcək “Son Zəng” tədbirlərinin keçirilməsi ilə əlaqədar yol polisi gücləndirilmiş iş rejimində çalışacaq. 

Sürücülərdən həmin gün orta məktəblərin yerləşdiyi istiqamətlərdə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri və maşınları məktəblərin yerləşdiyi ərazilərdə saxlamamaları xahiş olunur. Əks təqdirdə orta məktəblərin həndəvərində park edilən nəqliyyat vasitələri qanuna müvafiq olaraq cərimə meydançasına aparılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!