25 May, 2012
Xədicə İsmayılova Almaniyada mükafat alıb

Ona “Şərqi Avropada azad mətbuat” mükafatı verilib

Mayın 24-də Almaniyanın Hamburq şəhərində “Şərqi Avropada azad mətbuat” mükafatı laureatlara təqdim olunub. Simsar.az “Contact.az”a istinadla bildirir ki, qaliblər arasında azərbaycanlı jurnalist Xədicə İsmayılova da var. Xədicə İsmayılova araşdırmaçı jurnalist kimi ölkədə korrupsiya, insan hüquqlarının pozulması hallarını işıqlandırdığına görə bu mükafata layiq bilinib. Mükafatın məbləği 10 min avrodur.

Simsar.az qeyd edir ki, “Şərqi Avropada azad mətbuat” mükafatını indiyədək Azərbaycandan “Turan” informasiya agentliyi (2007-ci il), "Azadlıq" qəzeti (2009), ANTV-online internet televiziyası (2010), jurnalistlər Rauf Mirqədirov (2008), Natiq Cavadlı (2009), Şahvələd Çobanoğlu (2010) və Zamin Hacı (2011) alıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!