25 May, 2012
Bakı metrosundan yenilik

Metro kart olmadan da ödəniş etmək mümkündür

Bakı metrosunda yenilik tətbiq olunur. Simsar.az-ın məlumatına görə, artıq gediş haqqını metro kartı olmadan da ödəmək mümkündür. Metro stansiyalarının turniketlərində yeni sistem quraşdırılıb. Həmin sistem istənilən bank kartı vasitəsilə (əmək haqqı kartı istisna olunmaqla) metrodan istifadə etməyə imkan verir.

Bakı Metropoliteninin Hərəkət Xidmətinin baş mühəndisi Etibar İsayev milli.az-a açıqlamasında bildirdi ki, metroda nağd olmayan ödəniş sistemi tətbiq olunur. Gediş kartlarının yaxınlaşdırıldığı avtomatik nəzarət məntəqəsində (ANM) quraşdırılan cihaz vasitəsilə bank kartını toxundurub keçmək mümkündür. Yeni sistem metronun bütün stansiyalarında tətbiq olunur.

Baş mühəndis qeyd etdi ki, Bakı metrosunda istifadə olunan kartla ödəniş sistemi çox müasirdir. Gələcəkdə bir kartla mağazada alver etməyə, metro və avtobusda gediş haqqını ödəməyə imkan verən sistem yaradılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!