24 May, 2012
Hacı Allahşükür Paşazadəyə Serbiyadan mükafat

Serbiyanın Azərbaycandakı səfiri "İmperator Böyük Konstantin" qızıl sikkəsini təqdim edib

Serbiyanın Azərbaycandakı səfiri Loran Voyoviç Bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadəyə Milan fərmanının 1700 illiyinin qeyd edilməsinə həsr olunmuş “İmperator Böyük Konstantin"in qızıl sikkəsini təqdim edib. Mükafatın təqdim edilməsinə səbəb Hacı Allahşükür Paşazadənin Azərbaycanın dəstəyi ilə Belqradda təmir edilmiş “Bayraqlı Came” Məscidinin və Novi Sad şəhərində “Müqəddəs Petka” kilsəsinin açılışında iştirak etməsidir.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Serbiya ilə Azərbaycanın bir-birinə tarixi cəhətdən yaxın olduğunu qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!