24 May, 2012
Ölkəmizdə 22 "beş ulduzlu" otel var

Ulduz kateqoriyası alan 72 mehmanxana və mehmanxana tipli obyektlərdən 20-i Naxçıvandadır 

Hazırda Azərbaycanda 508 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bu barədə cümə axşamı Simsar.az Mədəniyyət və Turizm Nazirliyinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu deyib.

Onun sözlərinə görə, həmin obyektlərin 336-sı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərir.

Ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 72-si ulduz kateqoriyası alıb. Onların 2-si Naxçıvan Muxtar Respublikasında yerləşir. Ümumilikdə isə Naxçıvan MR-da 20-dən çox hotel fəaliyyət göstərir.

Ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 22-si "beş ulduzlu"dur. Onların ikisi Qəbələdə, 1-i Naftalanda, 2-si Naxçıvan Muxtar Respublikasında, qalanları isə Bakıdadır.

Ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 33-ü "dörd", 15-i "üç", 1-i "iki", 1-i "bir ulduzlu"dur.

Oruclu deyib ki, mehmanxana və mehmanxana tipli obyektlərə ulduzların verilməsi könünllük prinsipi ilə həyata keçirilir.

Nazirlik rəsmisinin sözlərinə görə, lisenziyasız fəaliyyət göstərən mehmanxanalar əsasən şimal regionundadır.

Oruclu aşağı səviyyəli mehmanxana obyektlərinin şəraitləri minimal tələblərə cavab verdikdən sonra onların lisenziyalaşdırma məsələsinə baxılmasının mümkün olduğunu deyib.

Sektor müdiri əlavə edib ki, lisenziya almaq üçün müəyyən sənədlər tələb olunur. Amma bəzi yerləşdirmə obyektlərinin sənədləri düzgün olmadığı üçün onlar lisenziya ala bilmirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!