24 May, 2012
“AVROPA” OTELİ: “FƏNƏRBAXÇA” SÖHBƏTİ FIRLADIR” – AÇIQLAMA

“Onlar burda qalmalıydılar, amma nədənsə fikirlərindən daşınıblar”.

“Fənərbaxça”nın qadın voleybol komandasının Çempionlar Liqasından kənarda qalmasına səbəb kimi “Avropa” otelində biabırçı vəziyyətlə üzləşmələrini göstərmələri Bakıda narazılıqla qarşılanıb.

Qeyd olunur ki, Avropa Voleybol Konfederasiyası (CEV) “Fənərbaxça”nın Bakıda keçirilən “dördlər finalı”nda komandanın əvvəlcədən müəyyənləşdirilmiş oteldə qalmaqdan imtina etdiyini deyib.
“Fənərbaxça”nın voleybol şöbəsinin rəhbəri Hakan Dinçay otel məsələsində anlaşmazlıq yaşandığını təsdiqləyib. Lakin Dinçayın göstərdiyi səbəb hər kəsi təəccübləndirib: “Biz “Dördlər finalı”na iki gün qalmış menecerimiz Violet Dukanı oteldəki vəziyyəti öyrənməkçün Bakıya göndərdik. Duka bizə bildirdi ki, otel sanki fahişəlik üçün fəaliyyət göstərir. Buna rəğmən oteldə 1 gün qaldıq. Daha sonra oyunçularımız narahat olduğu üçün başqa otelə köçdük. Bunun cəzası bu qədər ağır olmalı deyil”.

“Avropa” otelindən simsar.az-a bildirilib ki “Fənərbaxça”nın nümayəndəsinin düzgün danışmır: “Onlar uduzublar deyə, müxtəlif bəhanələr gətirirlər. “Fənərbaxça”nın üzvləri bir gün də belə, “Avropa” otelində qalmayıblar. Onlar burda qalmalıydılar, amma nədənsə fikirlərindən daşınıblar. “Fənərbaxça”nın üzvləri “Hyatt Regency”də qalıblar”. 

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!