24 May, 2012
İnternet televiziyalara müdaxilə edilməyəcək

Nuşiravan Məhərrəmli: “Bu gün internet TV-ləri, radioları demək olar ki, tənzimlənmir. Onlar üzərində hər hansı nəzarət yoxdur”.

Hal-hazırda hökumətdə internet televiziyalarına nəzarət edilməsi ilə bağlı hər hansı danışıq aparılmır.
Bu sözləri simsar.az-a Milli Televiziya və Radio Şurasının sədri (MTRŞ) Nuşirəvan Məhərrəmli deyib.

Şura sədri qeyd edib ki, bu sahəni nizamlamaq istəsək belə, bunun mexanizmi çox çətindir və mümkün deyil.

“Bu gün internet TV-ləri, radioları demək olar ki, tənzimlənmir. Onlar üzərində hər hansı nəzarət yoxdur”.

N.Məhərrəmli bildirib ki, Azərbaycan Avropa Şurasına üzv ölkə olduğundan internet televiziyaların tənzimlənməsi qurumun qərarı ilə eyni olacaq:

“Biz Avropa Şurasına (AŞ) üzv ölkələrdən biriyik. AŞ ölkələrində bu sahə necə tənzimlənirsə, biz də ona uyğun yolu seçəcəyik. AŞ ölkələrində əgər bu sahə tənzimlənəcəksə, biz də tənzimləyəcəyik, tənzimlənməsə biz də tənzimləməyəcəyik”, - deyə o qeyd edib.

N.Məhərrəmli bu məsələdə Azərbaycanın Avropa Şurasından qabağa düşmək fikrində olmadığını bildirib.

Şura sədri əlavə edib ki, internet televiziyaları peşəkar televiziya deyil, onlar işin əsasını xəbərlər, musiqi, filmlər üzərində qururlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!