23 May, 2012
Bu gün ekologiya işçilərinin peşə bayramıdır

23 may 2001-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb

Bu gün ekologiya işçilərinin peşə bayramıdır. On bir il əvvəl respublikada həyata keçirilən struktur islahatları çərçivəsində, ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı aspektləri ilə məşğul olan və fəaliyyətlərində qismən biri-birini təkrarlayan Dövlət Ekologiya və Təbii ehtiyatlardan İstifadəyə Nəzarət Komitəsi, “Azərmeşə” İstehsalat Birliyi, Geologiya Komitəsi, “Azərbalıq” Dövlət Konserni və Dövlət Hidrometeorologiya Komitəsi ləğv edilib və onların bazasında Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsi Respublika Prezidentinin 18 sentyabr 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilib.

2007-ci il mayın 16-da Prezident İlham Əliyev tərəfindən hər il may ayının 23-ü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!