22 May, 2012
Con Bonomo Azərbaycan cazına heyran olub

İsfar Sarabskinin ifasını izləyən Türkiyənin "Eurovision" təmsilçisi onun əlini öpüb

"Bu gün mən Azərbaycan cazını eşitdim. İsfar Sarabskinin ifasına heyran oldum. Bu möhtəşəm ifadır və çox istərdim ki, o, Türkiyədə də çıxış etsin". Simsar.az-ın eurovision.az saytına istinadən verdiyi məlumata görə, Bakı Caz Mərkəzində Azərbaycanın əməkdar artisti, Montre Beynəlxalq Caz Festivalının qalibi İsfar Sarabskinin ifasını izləyən Türkiyənin "Eurovision 2012" təmsilçisi Can Bonomo belə deyib.

"Bu möhtəşəm ifa sahibi ilə görüşdüm və əlini öpdüm. İsfar çox möhtəşəm bir istedaddır. Hər zaman caz musiqisini öyrənmək istədim, amma buna cəsarət etmədim. Amma hələ gəncəm və buna zamanım var. Sevinirəm ki, qardaş ölkə Azərbaycanda bu cür istedadlar var. İsfara böyük uğurlar arzu edirəm", - Bonomo bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!