22 May, 2012
Elman Abdullayev:"Azərbaycan NATO-ya üzv olmağa çalışmır"

"Hazırda Azərbaycan müstəqil kursuna sadiqdir"

“Azərbaycan hazırda heç bir hərbi bloka üzv olmağa hazırlaşmır”.

APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev verib. Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatına üzv olub, bu addımın mahiyyəti hərbi bloklara üzv olmamaqdır.

“Hazırda Azərbaycan müstəqil kursuna sadiqdir və hər hansı hərbi bloka, o cümlədən NATO-ya üzv olmağa hazırlaşmır. Eyni zamanda Azərbaycan Avroatlantik strukturlara inteqrasiya kursu yürüdür. Alyansa üzvlük və inteqrasiya fərqli şeylərdir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!