22 May, 2012
Spiker: “İran məsələsinin kökündə erməni lobbisi durur”

"Artıq bu məsələlər aydındır"

Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov İranla Azərbaycan arasında yaranan gərgin vəziyyətlə bağlı çıxış edib. Milli Məclis sədri qeyd edib ki, bütün bu olayların və eləcə də İranda baş verən etiraz aksiyalarının kökündə Ermənistan dayanır.

“Mən hesab edirəm ki, bu məsələlərin kökündə erməni lobbisi dayanır. İranda baş verən hadisələr daha geniş bəzədilmiş şəkildə erməni saytlarında yayılır. Artıq bu məsələlər aydındır ki, bu məsələlərin ardında kimlər dayanır”-deyə O.Əsədov qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!