22 May, 2012
Zəlzələ İtaliyada mədəniyyət abidələrinə ciddi ziyan vurub

La Roka Qalası dağılıb, «Məryəm ana» zədələnib

Dünya mədəniyyətinin beşiyi olan İtaliyanın şimalında baş verən zəlzələdə tarixi abidələrə ciddi ziyan dəyib. Simsar.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, 6 ballıq zəlzələdə San Felise Sul Panarodakı bir çox tarixi bina yerlə yeksan olub. Dağılan tarixi binaların arasında La Roka Qalası və Arkopriest kilsəsi də var. Kilsənin dağılması nəticəsində burada olan XIV əsr rəssamı Bernardino Loskinin «Məryəm ana» tablosu və XVII əsr sənətçisi Françesko Barbierinin bir əsəri zədələnib.

Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!