22 May, 2012
11 dindar “Eurovision” əleyhinə təbliğat apardıqları üçün saxlanılıb

“İslam” mağazasında axtarış aparılıb

Azərbaycanın Sumqayıt şəhərində dindarlara qarşı xüsusi əməliyyat keçirilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt şəhərindəki “İslam” mağazasında axtarış aparılıb. Axtarış zamanı oradan Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə və radikal İslamın təbliğinə yönələn müraciətlər və şüarlar yer almış disklər aşkar edilərək götürülüb.

Əməliyyat zamanı adıçəkilən mağazanın sahibi Əli Əliyev və “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə təbliğat aparan daha 10 nəfər tutulub.

Qeyd edək ki, Bakı və Sumqayıtda “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə və radikal İslamın təbliğinə yönələn müraciətlər və disklər yayılıb.

Disklərin İranda hazırlandığı ehtimal edilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!