22 May, 2012
Deputatlarımız qondarma soyqırımı məzarını ziyarət ediblər?

Mübariz Qurbanlı bunun təxribat olduğunu deyib 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının İrəvanda keçiriləcək 39-cu plenar iclasına qatılmış Azərbaycan nümayəndə heyəti təxribatla üzləşib.

Simsar.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin iclasının gedişi zamanı YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı söz alaraq məlumat verib: “Ermənistan mətbuatı məlumat yayıb ki, guya bizim deputatlar İrəvandakı qondarma soyqırımı məzarını ziyarət ediblər. Mən nümayəndə heyətinin üzvləri ilə əlaqə saxladım. Məlum oldu ki, bu xəbər yalandır. Həmin tədbir vaxtı onlar İrəvanda olmayıblar, olsaydılar da, getməyəcəkdilər”. 

Qeyd edək ki, QİƏT Parlament Məclisinin vitse-prezidenti Asəf Hacıyevın başçılıq etdiyi nümayəndə heyətinə deputatlar Musa Quliyev və Jalə Əliyeva daxildir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!