22 May, 2012
«Sky Tree» dünyanın ən yüksək qülləsi oldu

634 metrlik qüllə Ginesin rekordlar kitabına düşdü

Yaponiyada dünyanın ən yüksək qülləsinin açılışı olub. Simsar.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, «Sky Tree»-nin hündürlüyü 634 metrdir. Açılış günündə qülləni səkkiz minəcən insanın ziyarət edəcəyi gözlənilir.
Dövlət səlahiyyətliləri, televiziya və radio yayınları üçün istifadə olunacaq qüllənin önəmli turizim məskəzi olacağı düşünülür.
«Sky Tree» dünyanın ən yüksək qülləsi olaraq, Ginesin Rekordlar kitabına düşüb. Bu yer əvvəl Çindəki Kanton kilsəsinin qülləsinə aid idi. Kanton kilsəsi isə 600 metr hündürlüyündədir.
Dünyanın ən yüksək binası isə Dubayda 828 metr yüksəkliyində olan «Bürc Xəlifə»dir.
165 mərtəbəli binanın 160 mərtəbəsi istifadə olunur.

Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!