22 May, 2012
Bu gün Bakı Metropoliteni sutka ərzində işləyəcək

"Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar metro gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bu gün Bakı Metropoliteni "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar olaraq günün 24 saatı işləyəcək. Bakı Metropoliteninin Hərəkət Xidmətinin rəisi Etibar İsayevin jurnalistlərə açıqlamasında bildirib ki, yarışmanın final və yarımfinal günlərində Bakı Metropoliteni gecədən səhərə qədər işləyəcək. Qeyd edək ki, bu gün, 24 may və 26 mayda paytaxt metrosu gecə-gündüz işləyəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!