21 May, 2012
Hava haqqında

Gündüz havanın temperaturu 30 dərəcəyədək yüksələcək

Sabah Bakı və Abşerobn yarımadasında hava şəraiti dəyişkən builudlu olacaq. Simsar.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Şimal küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, arabir duman olacağı gözlənilir.

Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq. Mayın 22-dən 24-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!