21 May, 2012
103 min 484 abituriyent ali və orta ixtisas məktəblərinə sənəd verib

Sənəd qəbulu iki mərhələdə aparılıb

Azərbaycanın ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərin ilkin statistikası açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bazar ertəsi Simsar.az-a bildirib ki, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak üçün 103484 abituriyent elektron ərizə təqdim edərək təsdiqlədib. Onların 92 956 nəfəri Azərbaycan, 10 528 nəfəri rus bölməsi üzrə sənəd verib. Abituriyentlərin 34 648-i I, 23 338-i II, 31657-si III, 13 840 nəfəri IV ixtisas qrupu üzrə ərizələrini təsdiqlədib.

Sənəd qəbulu iki mərhələdə aparılıb.

Birinci mərhələdə (10 aprel - 16 may) abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını şəxsən doldurublar.

Abituriyentin elektron ərizəsi yalnız Sənəd Qəbulu Komissiyası tərəfindən təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Nağızadə ərizəsi təsdiqlənməyən abituriyentlərin qəbul imtahanlarına buraxılmayacağını da bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!