18 May, 2012
Azərbaycan turistləri xaricdə hansı ölkələrə üz tuturlar?

Türkiyə ön sırada gəlir

Azərbaycan turistləri yay aylarında dincəlmək üçün artıq digər xarici ölkələrə də maraq göstərməyə başlayıblar. Bunu cümə günü Simsar.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycan turistləri Avropa ölkələri, o cümlədən Monako və Afrika, Asiya ölkələrinə səyahət etməyə maraq göstərirlər.

Bağırov deyib ki, Xorvatiya və Krıma da artıq çarter reyslər təşkil olunub. Bu da turistlərin həmin yerlərə səfər etməsinə marağı artıra bilər.

Assosiasiya sədrinin sözlərinə görə, amma ümumilikdə ötən illərdə olduğu kimi, bu il də azərbaycanlı turistlərin daha çox Türkiyədə dincələcəyi gözlənilir. O, bunu Türkiyənin bir sıra şəhərlərinə aviareyslərin qiymətinin ucuzlaşması ilə də izah edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!