14 May, 2012
Ardıc yağı xərçəngə qarşı

Türkiyəli tələbələr elmi kəşfə imza atıblar

Türkiyənin Kütahya vilayətində iki lisey şagirdi siçanlardan alınan xərçəngli hüceyrələr üzərində əməliyyat aparıblar. Simsar.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə hüceyrələr üzərinə sürtülən ardıc yağı xərçəngi yox edib.

Şagirdlər ardıc, qantəpər və çörək otu yağlarının döş vəzisi xərçənglərinə təsirini öyrəniblər.

Şagirdlərin araşdırması Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatının (TÜBİTAK) təşkil etdiyi yarışmada və Ətraf-Mühiti Mühafizə Olimpiadasında qalib olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!