12 May, 2012
İKİ DÜNYA XANIMI – HƏZRƏTİ FATİMƏNİN MÖVLUD GÜNÜDÜR

Bu gün İslam aləmində «Qadınlar günü» kimi də qeyd edilir

Bu gün sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) sevimli qızı Həzrət Fatimənin doğum günüdür. Bu münasibətlə bu gün İslam aləmində «Qadınlar günü» kimi də qeyd edilir.
Fatimə Həzrəti Peyğəmbərin dördüncü və ən kiçik qızı olub. O, Məhəmməd peyğəmbərə (s) peyğəmbərlik verildikdən beş il sonra dünyaya göz açıb və rəvayətlərə görə, on səkkiz yaşında vəfat edib.
Fatimənin körpəliyi tufanlar içində keçib və atasının peyğəmbərlik missiyası kimi ülvi bir öhdəliyin çarpışmaları dövrünə təsadüf edib. Fatimə, atasının məhəbbətlə dolu, mehriban çağırışlarına ətrafdakıların istehza ilə yanaşmasının şahidi olub.
Həzrəti Fatimə Peyğəmbərimizin əmisi oğlu Həzrəti Əli ilə bir yerdə böyüyür və sonda bəşəriyyət üçün nümunə olacaq bir ailə qururlar.
Həzrəti Fatimənin övladları Həsən və Hüseyn Peyğəmbərin həyat sevincinə çevrilir və o, vaxtının böyük bir hissəsini bu körpələrə, onların sağlam tərbiyəsinə sərf edir. O, evdən çıxıb bir yerə gedərkən bu iki körpədən birini daim özülə aparmağa, onlardan uzaq olmamağa çalışır.
Bəzi Mənbələr Həzrəti Fatimənin Peyğəmbərdən (s) sonra 75-90 gün yaşadığını bildirirlər, 18 yaşında vəfat etdiyini bildirirlər.

Həzrəti Fatimə öz həyatıyla həqiqətsevərlik, ədalət, fədakarlıq rəmzinə çevrilib.
O, İslamın görmək istədiyi, nəzərdə tutduğu bir qadın nümunəsi idi.
Ataya necə qız olmalı?
Ərə necə həyat yoldaşı olmalı?
Övladlara necə ana olmalı?
Cəmiyyətdə necə qadın olmalı?
Həzrəti Fatimə bütün bu suallara gözəl bir cavabdır. Qiyamətədək hər bir toplumun qarşısına çıxan bu sualları çözən bir cavab! Başqa sözlə, dünya qadınları üçün misilsiz bir ideal!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!