12 May, 2012
“Sizə gözəl xəbərim var”

Əhməd Davudoğlu jurnalistlər barədə şad xəbər verib

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyada itən türkiyəli jurnalistlər barədə açıqlama verib. Simsar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, nazir açıqlamasında bildirib ki, jurnalistlər hazırda İrana aparılır. Nazir bu barədə xəbəri Tvitter sosial şəbəkəsindəki səhifəsində paylaşıb: “Sizə gözəl xəbərim var. Uzun müddət apardığımız çabalar nəticəsini verdi”.
İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşdüyünü deyən Davudoğlu qeyd edib ki, jurnalistlər Adəm Özköse və Həmid Coşqun hazırda Tehrana getmək üçün yola düşüblər. Ə.Davudoğlu Tivitterdəki mesajında “Ailələrinin, sevənlərinin və xəbər gözləyənlərin gözü aydın”-deyə əlavə edib.

Fatimə Kərimli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!