12 May, 2012
Bu gün tibb bacıları günüdür

Tibb bacıları günü Florens Naytinqeylin şərəfinə təsis olunub

Bu gün - 12 may Tibb bacıları günüdür. İngilis tibb bacısı Florens Naytinqeylin şərəfinə təsis olunan və 1971-ci ildən etibarən qeyd edilən 12 may tarixi Beynəlxalq Qırmızı Xaç Komitəsinin qərarına əsasən təsis olunub. Həmçinin, komitənin 1912-ci ildə keçirilən 9-cu konfransında yaralı əsgərlərə kömək edən tibb bacılarını təltif etmək üçün təsis edilmiş medala “Florens Naytinqeyl” adı verilib. Həmin konfransdan bəri səhiyyə sahəsində 40 ildən çox təcrübəsi olan, Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyəti ilə fəal əməkdaşlıq edən, xüsusən döyüş bölgələrində çalışan tibb bacıları “Florens Naytinqeyl” medalı ilə təltif olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!