11 May, 2012
Kişilər üçün bəd xəbər - Bakıda feminist qadınlar peyda olub

“Qadınlara qarşı kölə münasibəti bəslənilir”

Azərbaycanda feminist qadınların ictimai birliyi yaradılıb.
Simsar.az-ın məlumatına görə, “Feminist Qadınlar Hərəkatı” adlı Birliyin təsisçisi Sevinc Məmmədovadır.

Yeni təşkilatın təqdimatında S.Məmmədova bildirib ki, bəzi ailələrdə qadınlara qarşı kölə münasibəti bəslənilir: “Bəzi qadınlara sadəcə olaraq nəsil artırmaq üçün vasitə, bəzən isə hətta alınıb-satıla bilən bir əşya kimi baxılır. Bu gün kənd təsərrüfatının ən ağır sahəsində, xüsusilə, üzümçülük və tərəvəzçilik sahəsində çalışanların 90 faizindən çoxunu qadınlar təşkil edir. Əksər vaxt onlar qəpik-quruşa, bəzən isə tamamilə pulsuz məcburi işlərə cəlb edilirlər”.

Digər həmtəsisçi Asima Nəsirlinin sözlərinə görə, bu gün qanunvericilik, icra və məhkəmə hakimiyyətində qadınların sayı kişilərlə müqayisədə dəfələrlə azdır: “Elə dövlət qurumları var ki, orada ümumiyyətlə qadın işləmir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!