10 May, 2012
Ermənistan MSK-sı özünü gülünc vəziyyətə qoydu

Seçkidə iştirak edənlərlə bağlı fantastik yalan 

Ermənistanda həftəsonu keçirilən parlament seçkisi çoxlu sayda saxtakarlıqlarla yadda qaldı. Simsar.az-ın erməni mətbuatına istinadla verdiyi məlumata görə, seçkidə qeydə alınan daha bir fırıldağı üzə çıxarıb. Belə ki, sən demə Ermənistanda seçici fəallığı 102 faiz olub. Bu fantastik rəqəmi Ermənistan Mərkəzi Seçki Komissiyası dərc edib. 

MSK sədri Tiqran Mukuçyan bəzi yerlərdə seçici fəallığının 100 faizdən çox olması barədə məlumatları texniki səhv adlandırıb. Onun sözlərinə görə, bu məlumatlar ilkindir və nəticədə rəqəmlər hələ dəyişəcək.

Gördüyünüz kimi Ermənistanda belə qəribə texniki səhvlər baş verir. Bu cür səhvlər ancaq seçkilərdə qeydə alınmır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!