8 May, 2012
İSESCO keşişin "Qurani-Kərim"i yandırmasını pisləyib

Bu ağılsız jest müsəlmanlara hörmətsizliyi nümayiş etdirir

İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İSESCO) Florida Anqlikan kilsəsinin pastoru Terri Conson tərəfindən müqəddəs Qurani-Kərimin yandırılmasını qəti şəkildə pisləyib.

Simsar.az-ın İSESCO-ya istinadən yaydığı məlumata görə, bununla bağlı yayılmış bəyanatda bildirilir ki, bu ağılsız jest bütün dünyada müsəlmanların hislərinə hörmətsizliklə yanaşıldığını nümayiş etdirir. 

“İSESCO bu faktı irqçi, islam dininə qarşı hörmətsiz davranış, beynəlxalq hüquq və insan haqları prinsiplərinin un təhqir edilməsi kimi dəyərləndirir. Biz beynəlxalq ictimaiyyəti bu kimi cinayətlərin təkrarlanmasından çəkinməyə çağırırıq. Florida Anqlikan kilsəsini isə cinayətkarı və dinə qarşı bu cür təcavüz aktını pisləməyə səsləyirik”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!