8 May, 2012
Zaqatalanın bəzi məktəblərində dərslər dayandırılıb

Ciddi qəza vəziyyətində olmayan məktəblərdə dərslər davam etdiriləcək

Yeraltı təkanların qeydə alındığı Zaqatala rayonunun bəzi məktəblərində dərslər dayandırılıb.

 Simsar.az-ın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, belə məktəblərin sayı çox deyil. Hazırda isə dərslər dayandırılan məktəblərin sayı ilə bağlı dəqiqləşmələr aparılır. 

Nazir müavini deyib ki, Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra bu məktəblərdə dərslərin davam edib-etməməsi barədə qərar qəbul olunacaq. Ciddi qəza vəziyyətində olmayan məktəblərdə dərslər davam etdiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!