8 May, 2012
Heydər Əliyevə həsr olunan daha bir kitabın təqdimatı keçirildi

Fəxrəddin Ağamirzə «Dönüşdən qurtuluşa»-nı mərhum prezidentin müsahibələri əsasında hazırlayıb

Bu gün Mətbuat Şurasının ofisində mərhum prezident Heydər Əliyevə həsr olunan kitabın təqdimat mərasimi keçirilib. «Dönüşdən qurtulaşa» adlı kitabın müəlifi Fəxrəddin Ağamirzədir. Təqdimata qatılan simsar.az-ın əməkdaşının məlumatına görə, kitabın üz qabığında Heydər Əliyevin Haçadağın fonunda şəkli yer alıb. F.Ağamirzə qeyd edib ki, bu şəklin üzqabığında yer alması təsadüfü deyil. Çünki H.Əliyev Haçadağı Naxçıvanın simvolu hesab edirmiş.
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstək Fondunun rəhbəri Vüqar Səfərli kitabın H.Əliyevdən alınan müsahibələr əsasında hazırlandığını bildirib və bunun o qədər də asan bir iş olmadığını deyib.

Arifə Mikayılova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!