8 May, 2012
Kəmaləddin Heydərov yenidən Zaqatalaya gedib

Nazir zəlzələdən ziyan çəkmiş bir neçə kənddə olub

Dünən axşam Zaqatalada baş verən təkrar zəlzələdən sonra Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov təkrarən zəlzələ bölgəsinə gəlib.

Simsar.az-ın məlumatına görə, nazir zəlzələdən ziyan görmüş Gözbarax, Zəyəm və Çobankol kəndlərinə baxış keçirir.  

Hal-hazırda bölgəyə yağan bərk yağış evsiz qalan insanlar üçün çətinliklər yaratdığından əhaliyə çadırlar paylanılır.

Məlumata görə əraziyə mülki müdafiə qoşunları və FHN-nin həmin regionda olan bütün texnikası cəlb olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!