7 May, 2012
Müsəlman qadına 5 milyon dollar kompensasiya ödəniləcək

Şirkət rəhbəri onun hicabını dartıb çıxardığına görə cərimələnib 

ABŞ-da müsəlman qadın iş yerində məruz qaldığı ayrı-seçkiliyə görə, 5 milyon dollar kompensasiya alacaq. Simsar.az-ın xarici mətbuata istinadən verdiyi məlumata göpə, Kanzas şəhərində Susan Bəşir adlı qadın AT&T şirkətini məhkəməyə verib. Buna səbəb hicab bağladığına görə, rəhbərlik tərəfindən təzyiqlərə məruz qalması olub. Məsələ o həddə çatıb ki, şirkətin rəhbəri qadının yaylığını başından dartaraq, saçlarını yolub.
Məhkəmə S.Bəşirə 5 milyon dollar kompensasiyadan başqa, itirilmiş əmək haqqı və digər xərclərə görə, 120 min dollar da əlavə verilməsini qərara alıb. Bu Missusuri ştataında iş yerində ayrı-seçkiliyə görə, ödənilən ən yüksək məbləğdir.
S.Bəşir iddia edib ki, 2005-ci ildə İslam dinini qəbul etdikdən sonra ayrı-seçkiliyə məruz qalıb və yaşadıqları stresslərə görə 2008-ci ildə iş yerindən çıxmaq qərarına gəlib. Bundan sonra Məşğulluq İmkanları Üzrə Komissiyaya şikayət edib.
AT&T ABŞ-ın telekommunikasiya nəhəngdərindən biridir. Şirkətin müştərilərinin sayı 150 milyon nəfərə yaxındır. Buradan məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini bildiriblər.

Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!