3 May, 2012
Sarımsaq zəhərlənmənin qarşısını alır

Onun tərkibindəki maddə iki antibiotikdən 100 dəfə güclüdür

Sarımsağın tərkibindəki maddə zəhərlənmə zamanı daha effektiv vasitədir. Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar zamanı sarımsağın daha bir faydalı xüsusiyyəti üzə çıxıb. Sən demə onun tərkibindəki maddə qida zəhərlənməsində ən çox istifadə edilən iki antibiotikdən 100 dəfə güclüdür.

Sarımsaqdakı dialil sülfid maddəsi zəhərlənməyə yol açan və bakteriyaların yox edilməsini çətinləşdirən maddələrlə asanlıqla mübarizə aparır. Bu kəşf qida zəhərlənmələrinin müalicəsində yeni bir müalicə üsulu aça bilər.

Vaşinqton Universitetinin mütəxəssisi Maykl Konkel bunun çox önəmli bir kəşf olduğunu deyib. "Sarımsağın tərkibindəki maddə onun qida və bakteriya zəhərlənməsi müalicələrindəki potensialını göstərir".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!