3 May, 2012
Beynəlxalq Mətbuat Günü münasibətilə Elmar Hüseynovun qəbri ziyarət olunub

Jurnalistlər ictimaiyyət adından müraciət qəbul ediblər

Bir qrup media nümayəndəsi 3 may Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə mərhum jurnalist Elmar Hüseynovun məzarını ziyarət edib.

Mərhumun ruhuna dualar oxunduqdan sonra media nümayəndələri ictimaiyyət adından müraciət qəbul ediblər.

Müraciətdə Azərbaycan hakimiyyətindən tələb olunur ki, insan hüquqları, eləcə də söz azadlığı sahəsində konstitusiya normalarına və beynəlxalq öhdəliklərə əməl olunsun, Azərbaycanda azad və müstəqil mətbuatın inkişafı üçün şərait yaradılsın, jurnalistlərin həbsinə son qoyulsun.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!